Rusiya koronavirusun yayılmasında “partlayış” dövrünə hazırlaşır

Rusiya koronavirusun yayılmasında “partlayış” dövrünə hazırlaşır

Rusiya koronavirusun (COVID-19) ölkədə yayılması prosesində “partlayış” dövrünə hazırlaşır.

Gununsesi.org bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bununla bağlı Rusiyanın Epidemiologiya və Mikrobiologiya üzrə Milli Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi Nikolay Malışev münasibət bildirib: 

“Nüvə reaksiyası” tipində partlayış xarakterli bir situasiyaya hazırlaşırıq. Əvvəlcə virusa yoluxanların sayının ədədi, indi isə həndəsi silsilə ilə əlavə olunduğunu görürük”.

O qeyd edib ki, “partlayış” baş verəndə əsas məsələ hadisələrə operativ reaksiya vermək olacaq.

Gununsesi.org

COMMENTS