Rusiya koronavirusa görə sərhədlərini bağlayır

  • By admin
  • 28 Mart 2020 19:33

Rusiya sərhəd buraxılış məntəqələri boyunca avtomobil, dəmir yolu, piyada və çay yolu vasitəsilə hərəkəti müvəqqəti olaraq məhdudlaşdırıb.

Gununsesiaz.info xəbər verir ki, bu barədə qərar Rusiya hökumətinin rəsmi saytında dərc olunub:

“Rusiya Nəqliyyat nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Federal Gömrük Xidməti, İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti ilə birlikdə martın 30-u Moskva vaxtı ilə saat 00:00-dan etibarən Rusiyanın dövlət sərhədi boyunca avtomobil, dəmir yolu, piyada, çay və qarışıq keçid məntəqələri vasitəsilə, habelə Rusiya-Belarus ərazisindən keçən hissədə nəqliyyat vasitələrinin hərəkətini müvəqqəti məhdudlaşdırır”.

 

 

Gununsesiaz.info