Rusiya Konstitusiyada Allahın adının xatırlanmasına rəsmi münasibət bildirilib

  • By admin
  • 02 Fevral 2020 10:27

Rusiya Dövlət Dumasının Dövlət Quruculuğu və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Emelyanov Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin son açıqlamasına münasibət bildirib.

Gununsesi.org-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, M.Emelyanov Rusiya Federasiyasının Konstitusiyasında Allahın adının xatırlanmasının mümkünlüyünü deyib.

Qeyd edək ki, ötən gün Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ölkə konstitusiyasında Allahın xatırlanmasını təklif etmişdi.

Krill in sözlərinə görə, bir halda ki, Dövlət Himnində Allahın adı çəkilirsə, “Allahın qorunan doğma yurdu” ifadəsi işlənilirsə, bu, Əsas Qanununda niyə əks edilməsin.

 

Gununsesi.org