“Rusiya ilə 16 dəfə vuruşmuşuq, yenə vuruşarıq” – Türkiyə prezidentinin müşaviri

  • By admin
  • 28 Fevral 2020 13:35

“Suriyanın İdlib vilayətində Türkiyə hərbçilərinin bombardman edilməsi xain zərbədir. Rusiya düşünülməmiş, təhlükəli addımlar atmamalıdır”.

Gununsesi.org A Haber-ə istinadən bildirir ki, məşhur türk alim, beynəlxalq hüquq üzrə mütəxəssis, Türkiyə prezidentinin müşaviri, professor Mesut Hakkı Çaşin Ahaber-in efirində belə deyib.

“Rusiya ilə 16 dəfə vuruşmuşuq, zərurət yaranarsa yenə vuruşarıq. Rusiya təhlükəli addımlar atmamalı, yanlış siyasət yürütməməlidir. Rusiyada 25 milyon müsəlman yaşayır. Amma buna rəğmən Rusiya Suriyada müsəlmanları amansızlıqla qətlə yetirir”,  – M.H.Çaşin deyib.

 

 

Gununsesi.org