Rusiya Dövlət Dumasının vitse-spikeri özünü təcrid etdi

  • By admin
  • 11 Mart 2020 17:17

Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy koronavirus səbəbi ilə evində karantindədir.

Gununsesi.org bildirir ki, MK-nın xəbərinə görə, bu barədə o, özünün “Facebook” hesabında yazıb.

Tolstoy bildirib ki, Fransadan səfərdən qayıtdıqdan sonra könüllü olaraq özünü təcrid edib. O, yaxınlarının həyatını riskə atmamaq üçün belə etdiyini, hazırda vəziyyətinin normal olduğunu deyib.

Vitse-spikerin Fransada virusa yoluxan dörd deputatın olduğu iclasda iştirak etdiyi qeyd edilir.

Gununsesi.org