Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını BU TARİXDƏN dayandırır

  • By admin
  • 03 Aprel 2020 18:49

Aprelin 4-dən etibarən Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırır.

Gununsesi.org APA-ya istinadla bildirir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Federal Hava Nəqliyyatı Agentliyi bütün beynəlxalq sərnişin uçuşları üçün icazələri ləğv edib.

Beləliklə, aprelin 4-ü saat 00:00-dan etibarən bütün xarici uçuşlar dayandırılacaq.

 Məlumatda o da bildirilib ki, xaricdəki Rusiya vətəndaşlarının ölkəyə gətirilməsi də dayandırılır.

Gununsesi.org