Rusiya bu ölkələrlə sərhədi bağlayır

  • By admin
  • 14 Mart 2020 19:33

Rusiya Polşa və Norveçlə sərhədi müvəqqəti bağlayır. “Qafqazinfo”nun məlumatına görə, qərar koronavirusla mübarizə tədbirləri kompleksi çərçivəsində qəbul edilib.

Gununsesiaz.info-nun xəbərinə görə, Hökumətin saytında qeyd olunub ki, məhdudiyyətlər martın 15-də qüvvəyə minəcək və Belarus vətəndaşları, rəsmi nümayəndəliklərin üzvləri və Rusiyada yaşayış hüququnu təsdiq edən sənədi olan vətəndaşlar istisna olmaqla, əcnəbilərə şamil olunacaq.

Xatırladaq ki, Rusiyada 45 koronavirusa yoluxma faktı qeydə alınıb.

 

 

Gununsesiaz.info