Rusiya alimləri koronavirusun həmişə mövcud olacağını bildirdilər: “İnsanlar artıq buna alışmalıdırlar

  • By admin
  • 28 Fevral 2020 19:46

Gələcəkdə “COVID-19” virusundan tam qurtulmaq mümkün olmayacaq. Daha doğrusu o, bizim həyatımıza qrip kmi mövsümi xəstəlik olaraq, geri dönəcək.

Gununsesiaz.info xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə danışan alimlər belə bir nəticəyə gəliblər.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmlər namizədi Sergey Netesov koronavirusun hər hansı simptom göstəriciləri olmadan xəstələnən və onu yayan insanlar arasında möhkəmlənəcəyini deyib.

“Bundan sonra “COVID-19” əhalinin ən həssas hissəsinə, yaşlı adamlara, xroniki xəstəliyi və zəif immunitetə malik insanlara toxunaraq epidemik dalğalarla gələ bilər”, – deyə ekspert qeyd edib.

Rusiyanın Y.İ.Martsinovski adına Tibbi parazitologiya, tropik və transmissiv xəstəliklər institutunun direktoru Aleksandr Lukaşev də həmkarının fikirləri ilə razılaşdığını bildirib. Onun sözlərinə görə, təhlükə daşımayan respirator koronaviruslar mövsümi xəstəlik olaraq ortaya çıxırlar. Lakin rusiyalı mütəxəssis bu barədə qəti söz söyləməyin hələ erkən olduğunu vurğulayıb. Belə ki, söhbət hələ təbiəti məlum olmayan yeni bir virusdan gedir.

Moskva Fizika-texnika institutunun Biologiya və tibb fakultəsinin dekanı professor Aleksandr Melerzanov gələcəkdə də “COVİD-19”-un dalğalarla yayılacağı ehtimalını irəli sürüb: “Məlum olduğu kimi, koronavirusla əsasən payız-qış dövründə xəstələnirlər. Lakin biz indiki vaxtda patogen üzərində tam qələbədən deyil, onun nəzarət altına salınmasından danışa bilərik”.

 

 

 

Gununsesiaz.info