Ruhani ABŞ Dövlət katibini topa tutdu - “Siyasətin əlifbasını bilmir”

  • By admin
  • 13 May 2020 15:34
İran Prezidenti Həsən Ruhani Ağ Evi tənqid edib.
Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, H. Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, hazırda ABŞ-da ən pis hökumət iş başındadır.
“Ağ Evin bu qədər rəhimsiz, bu qədər gücsüz olduğunu xatırlamıram. Bir ABŞ Dövlət katibinə baxın, elə bil siyasətin əlifbasını bilmir”, – deyə İran Prezidenti vurğulayıb.
H. Ruhani İranın tibb işçilərinə təşəkkür edib. O qeyd edib ki, İran hazırda tarixin ən ağır dövrünü yaşayır: “Lakin xalqımız mətanətli halda öz sakit həyatını yaşayır. Bu sakit yaşayış çox önəmlidir”.
Gununsesi.org