Röya ilə Miri Yusifdən sevgi dolu romantik klip – VİDEO

  • By admin
  • 06 Fevral 2020 17:04

Xalq artistləri Röya Ayxan və Miri Yusif sayca üçüncü duet layihələrini tamaşaçıların ixtiyarına veriblər.

Gununsesi.org xəbər verir ki, sevilən məşhurlar musiqisi və sözləri Jay Huna məxsus “Sevgilim” adlı yeni bəstələrini ekranlaşdırıblar.

Röya ilə Miri bunun üçün rejissor Fərhad Əliyə müraciət ediblər. Ekran işi Qəbələnin Laza kəndində bir gündə lentə alınıb.

Layihənin baş prodüserləri Vüsal Rzazadə və Emin Əfəndi, icraçı prodüseri Cavid Əhmədovdur. Klip bir neçə saat öncə Röyanın rəsmi “Youtube” kanalında yayımlanıb.

Qeyd edək ki, Xalq artisti Röya Ayxanın başı konsert hazırlıqlarına qarışıb. Belə ki, mart ayının 7, 8 və 9-da “Congress Centre Hall”da sənətçi canlı solo konsert proqramı ilə çıxış edəcək.

Gununsesi.org