Röya ilə görüş 3 yox, 4 gün olacaq

  • By admin
  • 25 Fevral 2020 14:07

Xalq artisti Röya Ayxan gələn ay verəcəyi konsert günlərinin sayını artırıb.

Gununsesi.org  xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutacaq “Nazlı” adlı musiqili gecə 3 gün yox, 4 gün davam edəcək. Buna səbəb tədbirə marağın böyük olması və biletlərin uğurlu satışıdır.

Röya instaqram səhifəsində paylaşım edərək 6 mart tarixində konsertə girişin xanımlar üçün pulsuz olacağını, 7, 8, 9 mart tarixləri üçün biletlərin az sayda qaldığını qeyd edib.

Gununsesi.org