Ronaldu 9,5 milyon avroya avtomobil aldı – FOTOLAR

  • By admin
  • 28 Mart 2020 15:07

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu avtomobil kolleksiyasını yeni model əlavə edib.

Gununsesi.org Yenisabah.az-a istinadən xəbər verir ki, 35 yaşlı idmançı “Bugatti Centodieci” avtomobilini sifariş edib.

Onun avtomobil üçün 9,5 milyon avro ödədiyi bildirilir. Hücumçu avtomobilə 2021-ci ildə sahib olacaq.

Xatırladaq ki, “Bugatti Centodieci” avtomobili məhdud sayda – cəmi 10 ədəd istehsal olunacaq.

 

 

 

Gununsesi.org