Ronaldinyonu 1,6 milyon avro da xilas etmədi

  • By admin
  • 17 Mart 2020 13:11

Xəbər verdiyimiz kimi, Ronaldinyo Paraqvayda saxta pasportdan istifadə etdiyi üçün həbs olunub. 

Futbolçunun vəkili sabiq yarımmüdafiəçinin buraxılması üçün məhkəməyə pul təklif edib.

Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçunun vəkili əvvəlcə 800 min avro təklif edib. İlk təklifi rədd olunan vəkil, növbəti dəfə 1,6 milyon avro qarşılığında Ronaldinyonun şərtli sərbəst qalmasını istəyib.

Ancaq məhməkə bu tələbi də rədd edib.

Paraqvay məhkəməsi Ronaldinyoya 6 aylıq həbs cəzası verib.

Gununsesi.org