“Roma”nın türkiyəli futbolçusu Cengiz Ünder zədələndi - O, BİR AY OYNAMAYACAQ

  • By admin
  • 10 Sentyabr 2019 22:21

“Roma”nın zədəli futbolçusu Cengiz Ünderin durumuna aydınlıq gəlib.

Gununsesi.org xəbər verir ki, Türkiyə millisinin düşərgəsində zədələnən yarımmüdafiəçinin 5 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Klubun rəsmi saytı ayaq əzələsindən xəsarət alan futbolçunun oktyabrın ortalarında sıraya dönəcəyini açıqlayıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu zədə səbəbindən Türkiyə millisinin heyətindən çıxarılmışdı.

 

Gununsesi.org