Rio-2016: Azərbaycanlı cütlük yarımfinala yüksəlib

  • By admin
  • 06 Avqust 2016 20:22

avarcekme_040809

 

XXXI Yay Olimpiya oyunlarının ikinci günündə daha bir idman növü üzrə təmsilçimiz qüvvəsini sınayıb. Akademik avarçəkmədə ölkəmizi təmsil edən Aleksandr Aleksandrov və Boris Yutov cütlüyü yarımfinala yüksəliblər.

İki nəfərlik qayıqda 2000 metr məsafə üzrə yarışların təsnifat mərhələsində ilk qrupda mübarizə aparan təmsilçilərimiz 6:40,52 nəticə göstərərək 5 cütlük arasında ikinci yeri tutublar.

Gununsesi.info