“Real”a qalib gəlməsələr, onu qova bilərlər

  • By admin
  • 14 Fevral 2020 13:33
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 finalında “Real”la keçiriləcək oyun barədə danışıb.
Gununsesi.org xəbər verir ki, Qvardiola hədəfinin ÇL-i qazanmaq olduğunu bildirib. O, “Real”a qalib gələ  bilməyəcəyi təqdirdə, istefaya göndərilə biləcəyini də istisna etməyib:
“Çempionlar Liqasını qazanmaq arzumdur. Böyük səbirsizliklə “Real”la oyunun hazırlıqlarını gözləyirəm. Bu hazırlıq, bu iki həftə mənim karyeram üçün olduqca əhəmiyyətlidir.
Bu qarşılaşmada mütləq qalib gəlməliyik. Əgər qalib gələ bilməsək, ola bilsin ki, idman direktoru mənə yaxınlaşıb belə desin: “Bu, pisdir. Biz ÇL-i qazanmaq istəyirdik. Mən sizi qovuram”.
“Real”la “Mançester Siti” arasında ilk qarşılaşma fevralın 26-da keçiriləcək. Cavab oyunu martın 15-də olacaq.