“Real” uduzub, “Barselona” yenidən liderliyə yüksəlib

  • By admin
  • 23 Fevral 2020 09:45

İspaniya La Liqasında XXV turun daha 4 oyunu keçirilib.

Gununsesiaz.info-nun məlumatına görə, “Selta” son sıralarda qərarlaşan “Leqanes”i üstələyərək, təhlükəli zonanı tərk edib.

Lider “Real” ardıcıl ikinci matçda büdrəyib. Ötən həftə “Selta”nın müqavimətini qıra bilməyən “Kral klubu” bu dəfə “Levante”yə səfərdə məğlub olub. Bu da madridliləri “taxtdan” salıb.

“Real”ın xal itirməsindən yararlanan “Barselona” doğma azarkeşləri önündə “Eybar”a heç bir şans verməyib. Lionel Messinin pokerə imza atdığı qarşılaşmada kataloniyalılar rəqib qapısından 5 cavabsız top keçiriblər və yenidən liderliyi ələ keçiriblər.

“Real Sosyedad”la “Valensiya” arasındakı oyunda da meydan sahibləri aktivlərinə 3 xal yazdırıblar. Rəqibi 3 dəfə mərkəzə dəvət edən San Sebastian təmsilçisi turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Qeyd edək ki, turun digər 5 görüşü fevralın 23-də oynanılacaq.

İspaniya La Liqası
XXV tur
22 fevral
“Selta” – “Leqanes” – 1:0

Aspas, 62
“Barselona” – “Eybar” – 5:0
Messi, 14, 37, 40, 87; Artur, 89
“Real Sosyedad” – “Valensiya” – 3:0
Merino, 12; Monreal, 45+2; Yanuzay, 48
“Levante” – “Real” – 1:0
Morales, 79

1  Barselona 25 17 4 4 62-29 55
2  Real 25 15 8 2 46-17 53
3  Xetafe 24 12 6 6 36-22 42
4  Real Sosyedad 24 12 4 8 42-31 40
5  Atletiko 24 10 10 4 25-17 40
6  Sevilya 24 11 7 6 31-25 40
7  Valensiya 25 10 8 7 35-37 38
8  Vilyarreal 24 11 5 8 42-32 38
9  Qranada 24 10 3 11 29-31 33
10  Levante 25 10 2 13 31-36 32
11  Atletik 24 7 10 7 23-20 31
12  Osasuna 24 7 10 7 31-32 31
13  Betis 25 7 9 9 35-40 30
14  Alaves 24 7 6 11 25-34 27
15  Valyadolid 24 5 11 8 20-27 26
16  Eybar 24 6 6 12 22-37 24
17  Selta 25 5 9 11 22-34 24
18  Malyorka 25 6 4 15 26-42 22
19  Leqanes 25 4 7 14 18-37 19
20  Espanyol 24 4 7 13 21-42 19