“Real Madrid” braziliyalı yarımmüdafiəçisi ilə müqaviləni uzatdı

  • By admin
  • 27 May 2020 12:06

İspaniyanın “Real Madrid” klubu futbolçusu Kazemiro ilə müqaviləni uzadıb. 

Gununsesi.org-un “Marca”ya istinadən verdiyi məlumata görə, 30 iyun 2023-cü ilədək nəzərdə tutulmuş yeni sözləşmə bir neçə ay əvvəl imzalanıb.

Braziliyalı yarımmüdafiəçi “kral klubu”nda 2013-cü ildən forma geyinir. 28 yaşlı oyunçu Madrid komandasına keçənədək vətənində “San Paulu”nun şərəfini qoruyub. 2014/2015 mövsümündə isə o, icarə əsasında Portuqaliya “Portu”sunda çıxış edib. Ötən yay “sambaçı”nı Fransa PSJ-si almaq istəyib.

Qeyd edək ki, Kazemiro 2019/2020 mövsümündə bütün yarışlarda “Real Madrid”in heyətində 35 oyuna çıxıb. O, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda “Real Madrid” La Liqada 56 xalla 2-ci pillədə qərarlaşıb.

 

 

Gununsesi.org