“Real” futbolçuların maaşlarından bu qədər qənaət edəcək

  • By admin
  • 09 Aprel 2020 11:05

Madridin “Real” klubunun koronavirus pandemiyası ilə bağlı futbolçuların maaşlarının azaldılması nəticəsində nə qədər pula qənaət edəcəyi bəlli olub.

Gununsesi.org bildirir ki, bu barədə AS nəşri məlumat yayıb.

“Kral klubu”nun 28-56 milyon avroya qədər qənaət edə biləcəyi qeyd edilir. Hələlik “Real” rəhbərliyi maaşların neçə faiz azaldılacağını dəqiqləşdirməyib.

Xatırladaq ki, “Real”ın futbolçuları bonuslar və əlavə mükafatlar nəzərə alınmadan ümumilikdə 283 milyon avro qazanır.

Gununsesi.org