Ramos La Liqada şəxsi rekordunu təkrarladı

  • By admin
  • 22 İyun 2020 10:59

Madridin “Real” komandasının və İspaniya millisinin futbolçusu Serxio Ramos La Liqada bir mövsümdə vurduğu qolların sayına görə şəxsi rekordunu təkrar edib.

Gununsesi.org bildirir ki, bu barədə jurnalist Pedro Martines “Twitter” hesabında yazıb.

30-cu turda “Real Sosyedad”la keçirilən qarşılaşmanın 30-cu dəqiqəsində penalti zərbəsini yerinə yetirən S.Ramos cari mövsümdə yeddinci qolunu vurub. Bu göstəricini ispaniyalı müdafiəçi iki il öncə də əldə etmişdi.

Rekordunu təkrarlamış futbolçunu qarşıda daha səkkiz La Liqa qarşılaşması gözləyir.

Gununsesi.org