Ramiz Mehdiyevin həyat yoldaşı da subsidya alıb - FOTO

  • By admin
  • 24 İyun 2020 16:51

Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmi saytında Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda AMEA-nın prezidenti olan Ramiz Mehdiyevin ailə üzvlərinin də adı var. 

Gununsesi.org xəbər verir ki, subsidiya alan fermerlərin siyahısında Ramiz Mehdiyevin həyat yoldaşı – Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsinin Hesablama riyaziyyatı kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyevanın, həmçinin Ramiz Mehdiyevin qızı – Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın və Ramiz Mehdiyevin oğlu Fövqəladə Hallar Nazirinin müavini, general-mayor Teymur Mehdiyevin adları da yer alıb.

“Yeni Avaz”ın araşdırmasına görə, Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı məlumatlarda göstərilir ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Teymur Ramiz oğluna məxsus olub.

Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar. Rəsmi məlumatlarda göstərilir ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.

“Google Earth” proqramından baxdığımız zaman Novxanı kəndi ərazisində 155 hektarlıq böyük bir torpaq sahəsini əhatə edən yeganə ərazinin “Duzlu göl” adlanan gölün yaxınlığında yerləşdiyi görülür.

 

Ramiz Mehdiyevin həyat yoldaşı da subsidya alıb - Foto
Ramiz Mehdiyevin həyat yoldaşı da subsidya alıb - Foto
Gununsesi.org