Ramil Usubovdan yeni təyinat

  • By admin
  • 01 İyun 2016 14:12

Ramil Usubov

 

Daxili işlər orqanlarında yeni təyinat olub. Gununsesi.info APA-ya istinadən xəbər verir ki,  bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Qusar rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

 

 

Xatırladaq ki, M. İbrahimov bir neçə il əvvəl Qusarda vəhhabilərə qarşı keçirilən xüsusi əməliyyatda yaralanıb.

 

Qeyd edək ki, Ağcabədinin bundan əvvəlki rəisi Şamil Seyidli ötən bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.