Ramil Usubov iki generalın yerini dəyişdi

  • By admin
  • 15 Yanvar 2019 10:16
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.
Gununsesi.org  xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.
Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Xəbəri DİN-dən təsdiqləyiblər.