Bu dini kitabların ölkəyə gətirilməsinə icazə verilmədi – "RADİKALLIĞI TƏBLİĞ EDİRLƏR" - RƏSMİ

  • By admin
  • 24 Yanvar 2020 10:57

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalı rədd edilib.

Bu barədə Gununsesi.org-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, 2019-cu ildə Komitəyə daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılıb.

Baxış zamanı kitablar arasında dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 239 adda dini ədəbiyyata baxılaraq, onlardan 14-nün çapı məqsədəuyğun sayılmayıb, 799 adda (648247 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

Gununsesi.org