Rabitə Nazirliyinə müavin təyinatı

  • By admin
  • 24 İyun 2016 13:48

rabite_nazirliyi_06

 

Əli Abdullayev rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib. Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, Ə.Abdullayev bundan əvvəl nazirliyin Aparatına rəhbərlik edib.

O, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsində Hərracların Təşkili üzrə Auksion Mərkəzinin rəhbəri olub. Eyni zamanda Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib.