Rəqibinin cinsiyyət orqanını dişləyən futbolçu cəzalandırıldı

  • By admin
  • 20 Fevral 2020 10:10

Fransanın futbol üzrə həvəskar liqasında “Tervil” və “Sotrix” komandalarının görüşündə qeyri-adi hadisə baş verib.

Gununsesi.org “Republicain-lorrain” xəbər verir ki, oyundan sonra iki komandanın futbolçuları dava salıb.

Nəticədə, futbolçulardan biri rəqib komandanın oyunçusunun cinsiyyət orqanını dişləyib.

Buna görə Taysonun və Suaresin “davamçısı” beş il ərzində diskvalifikasiya edilib.

Qeyd etmək lazımdır ki, xəsarət o qədər ciddi olub ki, digər futbolçuya həkimlər 10 tikiş qoymalı olub.

Gununsesi.org