Rəqəmlərin fəlsəfəsi, didərgin ruhların faciəsi

  • By admin
  • 09 Sentyabr 2016 22:29

Fexreddin-M

Fəxrəddin Mehdiyev

Dahi mütəfəkkir Pifaqor göstərirdi ki, rəqəmlər dünyanın əsasıdır və dünya rəqəmlərlə idarə olunur. Rəqəmlərdə dünyanın sirləri kodlaşıb. Rəqəmlərin möcüzəli aləmi zaman-zaman özünü göstərir. Bəzi rəqəmlər: 1, 3, 7 rəqəmləri öz mistik mənaları ilə fəlsəfi düşüncənin obyekti olaraq qalmaqdadır. Vahid rəqəmi ALLAHIN vahidliyinin simvoludur. Eyni zamanda vahid rəqəmi hər bir insanın təkrarasızlığının ifadəsidir. Vahid rəqəmi azaldıqca kvanta və sonsuzluğa, çoxaldıqca Qalaktikaya və yenə də sonsuzluğa gedir. Hər bir insan planetal təfəkkürün bir zərrəsidir. O, mikrokosmosdur, eyni həm də makrokosmosdur. Böyük mütəffəkkir şair Şəhriyar bu fəlsəfi fikri belə ifadə edirdi:

Bir insan köçürsə dünyadan əgər

Sən elə bilmə ki, tək bir can gedir

Hər sönən baxışda saysız diləklər

Hər kiçik tabutda bir cahan gedir

Təssüf ki, insanlar dünyadaki missiyalarını dəyərləndirmirlər, özlərinin, sistemlərin yaratdıqları suni çərçivələrdə yaşayırlar. Insanın ən böyük missiyası yaradıcılıqdır. Hazırki elmi, mədəni, texnoloji, inqilabi dəyişikliklər insan zəkasinin məhsuludur. Insan yaradıcılığı isə azadlığda cövlan edir. insan azadlıqda tükənməz potensialını üzə çıxarır və bəşəriyyətə töhfəsini verir. Təsadüfü deyildir ki bütün nəhəng nailiyyətlər insan yaradıcılığı və azadlığının sintezinin məhsuludur. Azadlıq ideyasina sadiq olan insanlar, xalqlar planetar qanunlara uyğun yaşadığından tarixi inkişafın lokomtivinə çevrilirlər. Öz azadlıqlarıını dərk etməyənlər sürünməyə məhkumdurlar.

Üç rəqəmi – azadlıq, bərabərlik, qardaşlıq- yaşam tərzinin ifadəsidir. Üç rəqəmi eyni zamanda – həqiqət, fəzilət, gözəllik – insan ideallarının ifadəsidir. Üç rəqəmi eyni zamanda insanın əbədi dünya düşüncələrinin kodudur : xeyr fikir, xeyr söz, xeyr əməl .

Həyatin bütün zəruri ünsurləri, ALLAHIN nemətləri: torpaq, su, hava, od, Günəş işığı bütün insanlara min illərdir ki, bərabər və təmannasız xidmət edir. Lakin acgöz insanların başqalarının – qardaşlarını haqqını, payını acgözlüklə qəsb etməsi dünynı cəhənnəmə çevirir. M.Qandi deyirdi ki, İnsan səxavəti qarşısında bütün insanların xoşbəxt yaşaması üçün Yer kürəsi nə qədər zəngindir, insan tamahı qarşısında bütün insanların yaşaması üçün Yer kürəsi nə qədər kasıbdır.

Yeddi rəqəmi daha böyük sirləri özündə ehtiva edir. Musiqinin bütün səs çalarları yeddi rəqəmindədir. Dünyanın bütün rəng çalarları yeddi rəqəmində ifadə olunur.

Lakin ən çox sirli məqam ondan ibarətdir ki, insan dünyadan köçəndən sonra əzizləri və yaxınları 3-cü, 7-ci, 40-ci günlər toplaşaraq onu yad edirlər. Çox qəribədir ki, həmin günlər 3,7,40-ci günlərə təsadüf edir. Bunun dini izahı bundan ibarətdir ki, insan dünyadan köçəndən sonra sərvəti, var – dövləti onu darvazaya qədər: əzizləri və dostları qəbirastanlığa qədər yola salır. O, əbədi dünyaya yalnız əməlləri ilə gedir. Insan ruhunun dünyadan ayrılması çətin olur, xeyrixah əməllərlə yaşıyan insanların ruhu rahatlıqla öz dünyasına – ruhlar aləminə qovuşur. Sərvət düşgünlərinin ruhlarını isə böyük əzablar gözdəyir. Öz dünyasına qovuşa bilməyən ruhlar didərgilik faciəsi yaşıyırlar.

Qəribədir ki, bu dünyada öz acgözlükləri ilə insanlara faciələr yaşadanlar o dünyada öz ruhlarına faciələr yaşadırlar…