Qubada sel avtomobilləri apardı - VİDEO

  • By admin
  • 11 May 2020 14:37

Qubada güclü yağış selə səbəb olub.

Gununsesi.org “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Vəlvələçayda suyun səviyyəsi qalxdığından sürücülərə çətinliklər yaranıb.  Belə ki, “Niva” markalı avtomobil çayda batıb. Talış kənd sakini olan sürücü Tural Məmmədov suyun səviyyəsinin qalxdığını gördüyündən maşınını tərk etməli olub.

Bundan başqa, “UAZ” markalı avtomobili də sel suları aparıb. Yerfi kənd sakini olan sürücü Qabil Məməsiyev xəsarət almasa da, avtomobili yararsız hala düşüb.

 

 

Gununsesi.org