Quaresma üçün 13 milyon avroluq təklif!

  • By admin
  • 06 İyun 2016 10:23

QUARESHMA

Qatarın “Əl Sədd” komandası Beşikdaşın futbolçusu Rikardo Quaresma üçün böyük ölçüdə məbləğ təklif edib. Gununsesi.info xəbər verir ki, ərəblər son sezonda sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən 32 yaşlı portuqaliyalı üçün komandasına 13 milyon, özünə isə 5 milyon avroluq təklif edib. “Qara qartal”ın bu təklifi nə cür dəyərləndirdiyi bildirilmir.

Qeyd edək ki, “Q7” ləqəbli idmançı ölkəsinin Norveçlə oynadığı hazırlıq oyununda da attığı gözəl qolla diqqətləri öz üzərinə toplamışdı.

Gununsesi.info