Qoyun oğruları iş başında yaxalandı - FOTOLAR

  • By admin
  • 02 Dekabr 2016 12:12

qoyun1

Qaxda qoyun oğurlamaq istəyənlər iş başında yaxalanıblar.
Gününsəsi.info xəbər verir ki, Qax rayon Qarabaldır kənd sakinlərinin  verdikləri məlumata görə, ötən gün axşam saat 20 radələrində kənd sakini Telman Paşayevin həyətyanı sahəsindəki mal tövləsindən iki baş xırda buynuzlu heyvanları oğrulamaq istəyən və hələki adları açıqlanmayan iki nəfər şəxs,kənd sakinləri tərəfindən tutularaq Qax rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. Sakinlərin sözlərinə görə, “ev sahibi Telman Paşayev yaxın qohumlarının yas mərasimində olub. O axşam saatlarında evə qayıdaraq mal-qaranı yemləmək istəyib. Həyətə daxil olmaq istəyən Telman Paşayev qapıda iki baş xırda buynuzlu heyvanı oğurlayaraq aparmaq istəyən iki nəfər naməlum şəxslə qarşılaşıb. Qax RPŞ-dən  verilən məlumatda görə Telman Paşayevin həyətindən oğruluq edilməsi faktı təsdiqlənib və hazırda hadisə yerində araşdırmanın aparıldığı bildirilib.

qoyun qoy

Gününsəsi.info