Qonşusunun evində 3 dəfə oğurluq etdi

  • By admin
  • 13 Oktyabr 2016 13:40

ogru

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Gununsesi.info xəbər verir ki, həyata keçirilən əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Bakı şəhər sakini Bijdeley Viktor Vladimiroviç saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, V.Bijdeley təkcə Səbail rayonu ərazisində öz qonşusunun mənzildən müxtəlif vaxtlarda 3 dəfə oğurluq edib. Qonşunun həmin evdə mütəmadi yaşamadığı bilən V.Bijdeley oradan müxtəlif məişət əşyaları, televizor və noutbuk oğurlayaraq dəyər-dəyməzinə satıb.

Qeyd edilən faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları V. Bijdeleyin digər cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Səbail RPİ-nə və ya 41-ci Polis Bölməsinə müraciət edə bilərlər.