Qonşu ölkədə koronavirusdan ölənlərin sayı 10 800-ü ötdü

  • By admin
  • 30 İyun 2020 15:11

İranda son sutkada daha 2 457 nəfər koronavirusa yoluxub.

Gununsesi.org “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sədət Lari bildirib.

Onun sözlərinə görə, son sutkada 147 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 10 817, yoluxanların sayı isə 227 662 nəfərə yüksəlib. 188 758 pasiyentin sağaldığı bildirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, Kürdüstan, Buşehr, Rezavi Xorasan və Kirmanşah əyalətlərinin qırmızı bölgə olduğunu elan edib.

Əhalinin sıx olduğu bütün qırmızı bölgələrdə insanlar iyulun 5-dən iyulun 21-dək maska taxmalıdırlar. Bildirilib ki, ehtiyac olarsa karantin müddəti uzadıla bilər.

 

 

 

Gununsesi.org