Qobuda qətl - Eyni adlı marketin sahibi öz yerlisi tərəfindən güllələndi - FOTOLAR - YENİLƏNİB

  • By admin
  • 12 Oktyabr 2016 14:05

qetl-1

Abşeron rayonunun Qobu qəsəbəsində qətl törədilib.

Gununsesi.info-nun əməkdaşının əldə etdiyi xəbərə görə, Qobu qəsəbəsində qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasov gecəyə yaxın odlu silahla qətlə yetirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni qəsəbə sakini, 1991-ci il təvəllüdlü Tural Zakir oğlu Əlizadənin törətdiyi müəyyənləşib. Şübhəli şəxs qismində saxlanılan T. Əlizadədən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah götürülüb.

Qətli şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Faktla bağlı cinayət içi başlanıb, araşdırma aparılır.

Qeyd olunur ki, öldürülən şəxs-R.Abbasov Qobudakı “Qobu” adlı marketin sahibi olmaqla yanaşı, həm də torpaq alveri ilə məşğul olub. Mərhumun 2 övladı var.

O da qeyd olunur ki,  əslində R.Abbasovla onun qətlində günahkar bilinən T. Əlizadənin atası Zakir Əlizadənin yaxşı münasibətləri olub.

qetl-2

qetl-3

Gununsesi.info