Qiyas İbrahimov saxlanıldı

  • By admin
  • 09 İyun 2020 19:44

Bakı şəhər Baş Polis İdarəsi paytaxt sakini Qiyas İbrahimovla bağlı açıqlama yayıb.

Gununsesi.org “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltməklə qanunsuz çağırışlar edib.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcəkdir.

Qeyd edək ki, Q.İbrahimov “Nida” vətəndaş hərəkatının üzvüdür.

 

 

 

Gununsesi.org