Qışda immuniteti qaldıran detokslar - FOTOLAR

  • By admin
  • 17 Dekabr 2016 11:10

unnamed-4 

Qar yağıbsa, deməli, bədəni qışa hazırlamağın əsl vaxtıdır. Bunun ən yaxşı yollarından biri detoks etməkdir.

Gununsesi.info-nun xəbərinə bədəni təmizləyərək onu qışa hazırlayan detokslarların  inanılmaz faydaları var. Bunlardan ən çox sınanılmışı zəncəfil detoksudur:

Zəncəfilli detoks

Ərzaqlar:

3 nazik dilim təzə zəncəfil

Bir ədəd yerkökü

Bir ədəd kiçik çuğundur

Yarım alma

Yerkökü, çuğundur, zəncəfil və yarım almanı blenderdən keçirib yaxşıca qarışdırın. Çuğundur və yerkökü şirin olduğu üçün almanı turş seçmək olar. 155 kalori olan bu detoks orqanizmi xəstəliklərə qarşı müdafiə edir.

C vitaminli detoks

Ərzaqlar:

1 kivi

1 qreypfrut

1 portağal

Yarım çay qaşığı darçın

Kivi, qreypfrut və portağalı blenderdən keçirib üstünə 4-5 çimdik darçın tökün və onları qarışdırıb özünüzə ləzzətli detoks hazırlayın. Bu, immunitet sisteminizi möhkəmləndirəcək, eyni zamanda bədəni ehtiyacı olduğu vitaminlərlə təmin edəcək.

Sarıköklü detoks

Ərzaqlar:

1 armud

1 alma

Yarım çay qaşığı sarıkök

Bu detoks vitaminlər baxımından çox zəngindir. Sadəcə 192 kalori olan bu detoksu etsəniz, onun sayəsində özünüzü hər zamankından daha yaxşı hiss edəcəksiniz. Armud və almanı blenderdən keçirib, üstünə yarım çay qaşığı sarıkök əlavə edib yaxşıca qarışdırın. Bu meyvə suyuna A vitamini, B vitamin kompleksi, C və E vitaminləri daxildir. Sarıköklü detoks sümük güclənməsini təmin edir və qocalmanın qarşısını alır.

Qeyd: Bu detokslari həftədə üç dəfədən çox etmək olmaz

unnamed unnamed-5

Gülnaz Qənbərli

Gununsesi.info