Qırmızı xalçanın qara libaslı gözəlləri… - FOTOLAR

  • By admin
  • 27 Fevral 2020 14:31

70-ci Berlin Beynəlxalq Film Festivalı (Berlinale) çərçivəsində “The roads not taken” filminin premyerası olub.

Gununsesi.org xəbər verir ki, martın 13-də ABŞ-da təqdimatı olacaq ekran işininin ilk nümayişi Almaniyada baş tutub.

Qırmızı xalçanın əsas qəhrəmanları isə Salma Hayek və Ella Fanning olub. 53 yaşlı Hayek qara libası və 1920-ci illərdən ilhamlanaraq hazırlanan saç modeli ilə diqqət çəkib.

21 yaşlı Ellanın isə “Armani” imzalı qara uzun libası hər kəsin marağına səbəb olub.