Qırğızıstanda yol qəzası oldu: xeyli sayda insan can verdi

  • By admin
  • 04 Mart 2020 11:37

Qırğızıstanda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.org-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qəza Qırğızıstanın cənubunda, Cəlalabad vilayətinin Nookensk rayonunda qeydə alınıb.

“Mercedes Vito” ilə “Honda Jazz” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Yaralılar Şamaldı-Say şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.

Gununsesi.org