Qılıcdaroğlundan ilginc etiraf: “Övladlarım getməyimi istəyirlər…”

  • By admin
  • 24 May 2020 17:02

Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sədri Kamal Qılıcdaroğlu Ramazan bayramı münasibətilə qardaş ölkədə yayımlanan HalkTV-də “Liderlərlə bayram söhbətləri” proqramında maraqlı açıqlamalar verib.

Gununsesi.org xəbər verir ki, müxalifət lideri övladlarının siyasətlə məşğul olmadıqlarını və onun da siyasətdən uzaqlaşmasını istədiklərini söyləyib. “Uşaqlarınızdan siyasətə girmək istəyən varmı” sualını cavablandıran CHP sədri deyib ki, onların buna maraqları yoxdur:

“Əslində övladlarım mənim siyasətdə olmağımdan bir az narahatdırlar. Oğlum siyasət elmlərini oxuyub. Siyasəti yaxından izləyir, amma qaynar siyasətə marağı yoxdur. Digər uşalqarım da fəal siyasətlə maraqlanmırlar. Sadəcə seçkidən seçkiyə gedib səs verirlər”.

 

Gununsesi.org