QHT Koalisiyası Qubad İbadoğlunun qızına hücumun araşdırılmasını tələb edir

  • By admin
  • 25 Fevral 2020 18:52

Mədən sənayesində şəffaflığın artırılması üzrə QHT Koalisiyası  fevralın 9-da 76 saylı Lənkəran-Astara dairəsində seçki komissiyasının üzvü, BDU-nun hüquq fakültəsinin tələbəsi Jalə Bayramovanın vəhşicəsinə döyülməsini pisləyib.

Koalisiyanın bəyanatında deyilir ki, J.Bayramova tanınmış iqtisadçı Qubad İbadoğlunun qızıdır. Qızın vəhşicəsinə döyülməsini əks etdirən  videogörüntülər sosial şəbəkələrdə geniş yayılıb, lakin çoxsaylı müraciət və şikayətlərə baxmayaraq, heç bir tədbir görülməyib.

Bundan əlavə, MSK rəhbəri Məzahir Pənahov insidentdə J.Bayramovanın özünü günahlandırıb və onun səsvermə zamanı pozuntuları videoya çəkmək hüququnun olmadığını bildirib.

Koalisiya insidentin obyektiv araşdırılmasını və qıza hücum edən Azadə Kərimovanın 160-cı maddə (seçki komissiyasının fəaliyyətinə müdaxilə) və 315-ci maddə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Gununsesi.org