Qazaxıstanda onlarla etirazçı saxlanıldı - FOTOLAR

  • By admin
  • 22 Fevral 2020 22:09

Almatı şəhərində polis onlarla etirazçını saxlayıb.

Gununsesiaz.info-nun “Vlast” portalına istinadən məlumatına görə, bu gün “Astana” meydanında Qazaxıstanın Demokratik Partiyası fəallarının, eləcə də ekstremist “Qazaxıstanın Demokratik Seçimi” təşkilatının tərəfdarlarının mitinqi keçirilməli imiş.

Müxtəlif məlumatlara əsasən, ümumilikdə 50-dən 70-dək etirazçı saxlanılıb. Nəticədə meydana Demokratik Partiyanın yalnız kiçik qrupu gəlib çıxa bilib.









 

 

 

Gununsesiaz.info