Qazaxıstan Çinə neft ixracını dayandırıb

  • By admin
  • 22 Yanvar 2020 19:45

Qazaxıstan neftinin Çinə ixracı neftin keyfiyyətini yoxlama zamanı orqanoxlor birləşmələrinin normadan çox olması səbəbi ilə dayandırılıb.

Gununsesi.org-un Rusiyanın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstanın Çinə neft ixracının bərpa edilməsi, Qazaxıstan-Çin birgə müəssisəsi olan “CNPC-Aktobemunayqaz”dan göndərilən neftin keyfiyyəti ilə bağlı məsələlərin həll olunmasından sonra gözlənilir.

Qeyd edək ki, ixrac planı 34,6 min ton idi. İndiki azalma isə 30,9 min ton təşkil edib.

Gununsesi.org