Qazax rayonuna dolu düşüb

  • By admin
  • 22 May 2020 22:34

Qazax rayonunun bəzi kəndlərində dolu yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, mayın 22-də saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib. Hadisə stansiyadan və məntəqələrdən kənarda​ olduğundan dolunun diametrini​ ölçmək mümkün olmayıb.

Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.

 

 

Gununsesi.org