Qarsda Bayraq Günü və Konstitusiya Günü münasibətilə təntənəli mərasim keçirildi

  • By admin
  • 09 Noyabr 2019 18:29
Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğunun təşəbbüsü və Türkiyə Respublikasının Ərzurum və Qars vilayətlərində təhsil alan həmyerlimiz olan tələbələrin təşkilatçılığı ilə Baş Konsulluğun inzibati binasında 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətiylə təntənəli mərasim təşkil olunub. 
Gununsesi.org xəbər verir ki, mərasimdə Ərzurum Atatürk Universitetində təhsil alan azərbaycanlı tələbələr, Qars Qafqaz Univeristetinin azərbaycanlı müəllim və tələbə heyəti, yerli ictimayyətin tanınmış nümayəndələri, KİV və QHT təmsilçiləri iştirirak ediblər.
İlk öncə Azərbaycan və Türkiyənin suverenliyi və ərazi bütövlüyü naminə canlarını fəda edən şəjidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, sonra hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.
Təşkil olunmuş mərasimdə Azərbayacn Respublikasının Prezidenti cənab İlham Əliyevin: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir” sözlərini diqqətə çatdıran ölkəmizin Qarsdakı baş konsulu Nuru Quliyev qeyd edib ki, ölkənin əsas atributlarından birinin məhz bayraq olduğunu və bu günün qeyd edilməsinin isə hər bir azərbaycanlı üçün şərəfli olduğunu vurğulayıb. Bundan başqa baş konsul qeyd edib ki, müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyasın 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir və bildirib ki, Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Əlavə olaraq, təşkil olunmuş mərasim çərçivəsində Qars vilayətinin müxtəlif guşələrində Azərbaycan və Türkiyə bayraqları tələbələr tərəfindən dalğalandırılıb. Bu istiqamətdə habelə bu üç rəngli bayrağın tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacağına inam bildirilib.
Daha sonra mərasim bədii hissə ilə davam etdirilib.
Gununsesi.org