Qarpıza görə satıcını bıçaqladı

  • By admin
  • 24 Avqust 2019 17:27

Türkiyənin Adana şəhərində qarpız satan 19 yaşlı gənc bıçaqlanıb.

Gununsesi.org xəbər verir ki, buna qarpızın ağ çıxması səbəb olub.

Belə ki, müştərilərdən biri Məhəmməd Əli Çelikdən 10 TL qarşılığında qarpız alıb. O, bir müddət sonra geri qayıdaraq qarpızın ağ çıxdığını deyib və pulunu geri istəyib.

Satıcı isə pulun əvəzinə, başqa bir qarpız verə biləcəyini deyib. Bu zaman müştəri əsəbləşərək Çelikə iki bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya çatdırılıb, müalicə olunduqdan sonra evə buraxılıb.

Polis isə Çeliki bıçaqlayan şəxsi axtarır.