“Qarabağ”ın istədiyi futbolçu “Fənərbağça”nın heyətindən kənarlaşdırıldı

  • By admin
  • 04 Fevral 2020 20:47

“Qarabağ”ın transfer etmək istədiyi Alper Potuk Türkiyənin “Fənərbağça” klubunun heyətindən kənarlaşdırılıb.

Gununsesi.org-un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçinin adı mövsümün ikinci yarısı üçün Türkiyə Futbol Federasiyasına təqdim olunan siyahıda yer almayıb.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Alper Potuk üçün danışıqlar apardıqlarını təsdiqləmişdi.

 

 

Gununsesi.org