“Qarabağ”ı güclü klub hesab edirik” - "SEVİLYA"-NIN BAŞ MƏŞQÇİSİ

  • By admin
  • 18 Sentyabr 2019 19:08

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi oyun öncəsi fikirlərini bölüşüb.

Gununsesi.org xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Daha öncə “Atletik” və “Atletiko” klubları Bakıda qalib gələ bilməyib. Bu barədə məlumatınız var? Bu, sizin üçün nə deməkdir?
– Əlbəttə, bura gələn klublar haqda məlumatım var. Bu faktı bilirəm. Bu klubda güclü yerli və legioner futbolçular var. “Qarabağ” digər Avropa klublarının da işlərini çətinləşdirib.

– Sizin üçün burdan məğlubiyyət və ya heç-heçə ilə ayrılmaq nə demək olacaq?
– Çətinliklərə baxmayaraq, qalib gələcəyimizə inanırıq. “Qarabağ”ı güclü klub hesab edirik.

– “Sevilya”nın həftəsonu “Real”la oyunu var. Bəzi oyunçuları ehtiyatda saxlaya bilərsiniz?
– Bizim üçün bir oyun var. Ancaq “Qarabağ”ı düşünürük.

– Sabah heyətdə dəyişikliklər baş verəcək?
– Bütün futbolçular tam hazırdır. Sabah qərarımızı verəcəyik. Dəyişikliklər mümkündür.

– Yalnız sabahkı oyunu düşünürsünüz, yoxsa “Real”la matç da beyninizdədir?
– Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmən istəyirik. Bütün diqqətimizi sabahkı görüşə yönəltmişik.

Gununsesi.org