“Qara Pantera”dan Vaşinqtona müharibə elanı: “Döyüş meydanından qarşımıza çıxın…”

  • By admin
  • 05 İyul 2020 17:14
Qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da hələ də sular durulmur.
Gununsesi.org xəbər verir ki, son olaraq özlərinə “Black Panther” yəni (Qara Panter) adını verən silahlı qrup küçəyə çıxaraq ağdərililəri döyüşə çağırıb.
Lakin qarşı tərəf hələ ki, onların dəvətinə cavab verməyib. Rəsmilər isə məsələni dərhal nəzarətə götürüblər.
Qeyd edək ki, 46 yaşlı C.Floyd mayın 25-də polis tərəfindən boğularaq öldürüldükdən sonra ABŞ-da qaradərililər etiraz aksiyalarına başlayıblar. Onun görüntüləri sosial mediada böyük etirazla qarşılandığından polis dərhal həbs edilib.
Gununsesi.org