Qapanma ilə bağlı əldə edilən nəticələr ən azı 10 gün sonra özünü göstərə bilər - TƏBİB

  • By admin
  • 11 İyun 2020 20:30

Ötən həftə sonu tətbiq edilən qapanma ilə bağlı əldə edilən nəticələr ən azı 10 gün sonra özünü göstərə bilər.

Gununsesi.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva məlumat verib. O bildirib ki, gündəlik olaraq yoluxmalar barədə ictimaiyyətə məlumatlar verilir:

“Biz bu təcrübəni xarici ölkələrin təcrübələrində müşahidə etdikdən sonra tətbiq etdik. Türkiyədə bu qaydanın tətbiqindən sonra yoluxanların sayında 10 %-ə qədər azalma müşahidə edilib. Ümid edirik ki, bu rejimin tətbiqi ilə bizdə də yoluxma sayında azalmalar olacaq”.

 

 

Gununsesi.org