Qanunsuz fərdi yaşayış evlərinin sənədləşdirilməsi prosesi sadələşdirilir

  • By admin
  • 28 Sentyabr 2016 12:45
ev
Qanunsuz fərdi yaşayış evlərinin sənədləşdirilməsi prosesi sadələşdirilir. Bununla bağlı məsələlər “Daşınmaz əmlakın dövlət reyster haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.
Gununsesi.info xəbər verir ki,  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin bu gün keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reysteri haqqında” qanuna  dəyişikliklər edilməsi barədə məsələ müzakirə olunub.
Qanuna nəzərdə tutulan dəyişikliklər barəsində məlumat verən  Əmlak məsələləri dövlət komitəsinin hüquq şöbəsinin müdiri İlqar  Hüseynov bildirdi ki,  qanunda nəzərdə tutulan dəyişikliklərə əsasən əgər vətəndaşın fərdi yaşayış tikintisi üçün  torpaq mülkiyyəti varsa və onun tikintinin həyata keçirilməsi ilə bağlı  layihə sənədləri yoxsa belə onların  tikdikləri yaşayış evinə hər hansı sənəd tələb olunmayacaq. “Nəzərdə tutulan dəyişikliyə əsasən fərdi yaşayış mənzili 2013-cü il yanvarın 1-dək  tikilibsə və vətəndaşın  ancaq torpaq mülkiyyəti haqqında sənədi varsa, ondan hər hansı layihə və digər tələb olunmayacaq. Tikilən yaşayış evinə sənəd veriləcək”- deyə, İ. Hüseynov vurğualyıb.
Qeyd edək ki, qanunun 8.0.9 maddəsinin müvafiq bəndələrinə nəzərdə tutulan dəyişiklikdə bunlar göstərilib.”Beləlliklə  qanunun  8.0.9-1 bəndində  hündürlüyü 12 metrədk olan yaşayış evlərinə münasibətdə;
8.0.9-2 bəndində icarə və ya  istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə- torpaq sahəsi üzərində icarə və ya  isitfadə hüququnu təsdiq edən, müvüfiq  icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya  yaşayış evinin istismara qəbul akrı;
Həmçinin qanunun 8.0.9.1.2 bəndində  nəzərdə tutulan dəyişikliklərə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət  hüququnu təsdiq edən sənəd olarasa, o zaman əlavə icazəyə və sənədlərə ehtiyac olmayacaq.
Müzakirələrdən sonra  qanun layihəsi Milli Məclisin prlenar iclasında müzakirəyə tövsiyyə olunub.
Mürtəza
Gununsesi.info