“Qalatasaray”da daha bir ayrılıq

  • By admin
  • 05 İyul 2020 16:42

“Qalatasaray” nigeriyalı hücumçusu Henri Onyekuru ilə yollarını ayırıb.

Gununsesi.org xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Ayrılığa 23 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu “Monako”nun məşqçilər korpusunun qəbul etdiyi qərar səbəb olub. Belə ki, “Qalatasaray”ın bu ilin yanvarında icarəyə götürdüyü Onyekurunun İstanbul təmsilçisi ilə müqaviləsi iyunun 30-na qədər idi. Amma FİFA-nın koronavirus pandemiyasına görə qəbul etdiyi qərara əsasən, iyunda bitən müqavilələr mövsümün faktiki bitdiyi günə qədər qüvvədə qalmalıdı. “Monako”nun baş məşqçisi Roberto Moreno isə Nigeriya yığmasının forvardının yeni mövsüm öncəsi təlim-məşq toplanışında iştirakını tələb edib. Futbolçu artıq sözügedən klubun hazırlıq prosesinə dəvət olunub.

“Qalatasaray” oyunçunun mövsümün tamamına qədər komandada qalması üçün qarşı tərəflə danışıqlar aparsa da, nəticəsiz qalıb. Fransa klubu qərarını dəyişmz saxlayıb. Bu üzdən də Onyekuru ötən gün komanda yoldaşları ilə vidalaşıb və tezliklə “Monako”nun düşərgəsinə dönəcək.

Qeyd edək ki, Onyekuru bu mövsüm İstanbul təmsilçisində 12 oyuna çıxıb, 1 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

 

 

Gununsesi.org